“AECS” MMC · VÖEN 3104196261B.e.–C. 09:00–18:00

Haqqımızda

“AECS” MMC — Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti.

Mürəkkəb əmlak, biznes və maliyyə məsələlərinə vahid və çoxşaxəli yanaşırıq. Qiymətləndirmə, hüquq və maliyyə sahələri üzrə bilikləri bir araya gətirərək məsələnin mahiyyətini, ona təsir edən amilləri və mümkün ssenariləri kompleks şəkildə təhlil edirik.

Bizim üçün peşəkarlıq yalnız nəticədə deyil, həmin nəticəyə görə daşıdığımız məsuliyyətdir.

Status

Yoxlanıla bilən

Şirkət Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının qiymətləndirmə təşkilatları siyahısına daxildir. Qiymətləndiricilərimiz Palatanın üzvləridir və Dövlət İmtahan Mərkəzinin ixtisas şəhadətnamələrinə malikdirlər.

Palatanın siyahısına baxın → aqp.gov.az

İxtisas şəhadətnamələri*

Daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi

Daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsiDaşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi

Daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi

Daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi

Daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi

Daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi

Müəssisələrin qiymətləndirilməsi

Müəssisələrin qiymətləndirilməsi

Qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi

Kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi

Kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi

Dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi

Dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi

Xidmətlərin qiymətləndirilməsi

Xidmətlərin qiymətləndirilməsi

* Şəhadətnamənin üzərindəki QR-kod ilə sənədi Dövlət İmtahan Mərkəzinin reyestrində yoxlaya bilərsiniz.

Standartlar və qanunvericilik

Nəyə əsaslanırıq

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (8 dekabr 2023-cü il, № 1052-VIQ).

Beynəlxalq Qiymətləndirmə Standartları (IVS 2025) — müqavilədə nəzərdə tutulduqda.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IAS 16, IAS 36, IAS 40, IFRS 13) — maliyyə hesabatlılığı məqsədləri üçün.

Hər istiqamətdə müvafiq sahənin qanunvericiliyi və qarşıya qoyulan məsələnin tələbləri əsas götürülür.

Prinsiplərimiz

Müstəqillik

Nəticə sifarişçinin gözləntisindən yox, faktlardan və hesablamadan irəli gəlir.

Əsaslandırma

Hər rəqəmin mənbəyi, hər metodun əsası hesabatda göstərilir.

Məxfilik

Sifarişçinin sənədləri və məlumatları yalnız tapşırığın icrası üçün istifadə olunur və qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla üçüncü şəxslərə verilmir.

Zəng edinWhatsAppMüraciət