“AECS” MMC · VÖEN 3104196261B.e.–C. 09:00–18:00

Qiymətləndirmə

Daşınmaz əmlakdan biznesə, avadanlıqdan qeyri-maddi aktivlərə qədər — qiymətləndiricilərimizin ixtisas şəhadətnamələrinin əhatə etdiyi istiqamətlər üzrə obyektlərin dəyərini müəyyən edirik, dəymiş zərəri, əldən çıxmış mənfəəti və riskləri hesablayırıq. Qiymətləndirmə alqı-satqı, investisiya, nizamnamə kapitalına qoyuluş, maliyyə hesabatlılığı və bölgü ilə bağlı qərarlarda əsas kimi istifadə olunur.

Nəyi qiymətləndiririk

Daşınmaz əmlak və torpaq sahələri

Mənzil, fərdi ev, torpaq sahəsi, kommersiya və istehsalat obyektləri, tikintisi başa çatmamış obyektlər. Alqı-satqı, icarə, bölgü və maliyyə hesabatlılığı üçün.

Ətraflı →
Nəqliyyat vasitələri, avadanlıq və digər daşınar əmlak

Avtomobil və xüsusi texnika, istehsalat avadanlığı, dəzgahlar, ofis və məişət əmlakı, mal-qara və bitkilər.

Ətraflı →
Biznes

Müəssisənin bütövlükdə və ya onun bir hissəsinin dəyəri — satış, investisiya cəlbi, yenidən təşkil və tərəfdaşlarla hesablaşma üçün.

Nizamnamə kapitalında paylar, qiymətli kağızlar və qeyri-maddi aktivlər

Şirkətdə payın dəyəri (özgəninkiləşdirmə, bölgü, iştirakçının çıxması), səhm və istiqrazlar, əmtəə nişanı, patent və digər əqli mülkiyyət obyektləri, tələblər və hüquqlar.

Borclar, ehtiyatlar və digər aktivlər

Debitor və kreditor borclar, material ehtiyatları və balansdakı digər aktivlər — maliyyə hesabatlılığı, yenidən təşkil və hesablaşmalar üçün.

Dəymiş zərər, əldən çıxmış mənfəət və risklər

Yol-nəqliyyat hadisəsi, su basması, yanğın və digər hallarda əmlaka dəymiş zərərin, habelə əldən çıxmış mənfəətin hesablanması — hesablaşmalar və mübahisələr üçün.

Ətraflı →
Mədəni irs və abidələr

Tarix, mədəniyyət və təbiət abidələri, mədəni sərvətlər və kolleksiyalar.

Xidmətlər

Göstərilmiş və ya göstəriləcək xidmətlərin dəyəri — müqavilə, hesablaşma və mübahisələr üçün.

Digər obyektlər

Yuxarıdakı siyahıya düşməyən obyekt varsa — müraciət edin, məsələni birlikdə dəqiqləşdirək.

Hansı məqsədlə qiymətləndirilir

Alqı-satqı və icarəəsaslandırılmış bazar dəyəri ilə danışıqlara girmək üçün
Girov əmlakı ilə bağlı mübahisələrməhkəmənin qərarı və ya icra məmurunun sifarişi əsasında qiymətləndirmə
Nizamnamə kapitalına qoyuluşpul olmayan əmlakın dəyəriƏtraflı →
Maliyyə hesabatlılığıəsas vəsaitlərin yenidən qiymətləndirilməsi, ədalətli dəyər
İnvestisiya və yenidən təşkilbiznesin və payın dəyəri qərar qəbul edilməzdən əvvəl
Miras, boşanma və əmlakın bölünməsinotariat və tərəflər üçün müstəqil dəyər
Sığortaicbari sığorta üzrə sığortaçı məlumatlandırıldığı tarixdən 7 iş günü ərzində zərərin qiymətləndirilməsini təşkil etmədikdə, habelə sığorta ödənişi ilə bağlı məhkəmə mübahisələrində müstəqil qiymətləndirməƏtraflı →
Qanunla məcburi hallardövlət və bələdiyyə əmlakının özgəninkiləşdirilməsi, icbari sığorta üzrə dövlət və bələdiyyə əmlakına dəymiş zərərin müəyyən edilməsi, dövlət mülkiyyətində olan əsas fondların yenidən qiymətləndirilməsi, habelə qanunla və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallar
Məhkəmə və mübahisələrbax “Ekspertiza” səhifəsinə
Nə əldə edirsiniz

Hesabat

“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 10.2-ci və 10.3-cü maddələrinin tələblərinə uyğun qiymətləndirmə hesabatı. Hesabatda tarixlər, obyektin təsviri, qiymətləndirmənin əsası, yanaşma və metodlar, onların əsaslandırılması, qiymətləndirici və təşkilat barədə məlumatlar, istifadə olunan mənbələr və yekun dəyər göstərilir. Hesabat qiymətləndiricinin imzası və qiymətləndirici təşkilatın möhürü ilə təsdiq edilir, ona qiymətləndiricinin şəhadətnaməsinin surəti əlavə olunur. Kağız və elektron formada. Hesabat “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna, müqavilədə nəzərdə tutulduqda isə Beynəlxalq Qiymətləndirmə Standartlarına (IVS 2025) uyğun tərtib olunur. Hesabat notariat, məhkəmə və dövlət orqanlarına təqdim edilmək üçün hazırlanır.

Hansı sənədlər lazımdır

Obyektdən və qiymətləndirmənin məqsədindən asılıdır. Məsələn:

Daşınmaz əmlakMülkiyyət hüququna dair çıxarış, texniki pasport və ya plan
Nəqliyyat vasitəsiQeydiyyat şəhadətnaməsi (texniki pasport), zərər hesablanarkən — hadisə barədə sənədlər
AvadanlıqAlış sənədləri və ya balans məlumatı, texniki pasport, inventar siyahısı
Biznes və payTəsis sənədləri, maliyyə hesabatları, əsas aktivlər və öhdəliklər barədə məlumat

Dəqiq siyahını müraciətdən sonra, obyektə və məqsədə uyğun göndəririk.

Müraciət göndərin — iş günü ərzində cavab veririk

Və ya birbaşa: +994 50 102 10 23
WhatsApp: +994 50 102 10 23
office@aecs.az

Fayllar (foto, sənədlər)
Zəng edinWhatsAppMüraciət